Menu

Ceyms Uorlik Sarkisyanın fikirlərinə münasibət bildirdi

29.09.2015, 14:24
Ceyms Uorlik Sarkisyanın fikirlərinə münasibət bildirdi

Amerikalı həmsədr Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi adlandırmasına münasibət bildirib

“Dağlıq Qarabağın yekun statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır və ona hərtərəfli həllin tərkib hissəsi kimi baxılmalıdır".

Bu sözləri APA-ya açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi adlandırmasına münasibət bildirən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. “Biz həll prosesinin tərəflər üçün vacib olan bütün elementləri üzərində işləmək prinsipinə sadiqik”, - deyə o, söyləyib.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol