Menu

Prokurorluq əməkdaşı Siyəzəndə qəzaya düşdü

30.09.2015, 09:37

yol-polisi-qezaAzərbaycanın Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba yolunun Giləzi qəsəbəsindən keçən hissəsində “Mazda” markalı avtomobillə Quba istiqamətində hərəkətdə olan yük avtomobili toqquşub. Nəticədə “Mazda” markalı avtomobilin sürücüsü, 28 yaşlı Allahverdi Tural Məmməd oğlu xəsarət alıb. Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılan yaralıya qarının küt travması, sağ biləyin sıyrılmış yarası və sağ topuğun sınığı diaqnozu qoyulub.

Qəzada xəsarət alan şəxs Xaçmaz rayon Prokurorluğunun əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol