Rusiya Federasiya Şurasının üzvləri ölkə qoşunlarından xaricdə istifadə edilməsinə dair qərara yekdilliklə səs veriblər.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti Administrasiyasının başçısı Sergey İvanov bildirib ki, bu məsələ istinasız olaraq Suriyaya aiddir. Onun sözlərinə görə, yalnız hərbi-hava qüvvələrindən istifadə olunacaq: "Quru qoşunlarından istifadə edilməyəcək".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına uyğun icazənin verilməsi ilə bağlı müraciət etmişdi.
* * *
Rusiya prezidentiVladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Federasiya Şurasının bu gün başlayan plenar iclasının əvvəlində qurumun sədri Valentina Matviyenkobildirib. Federasiya Şurasının üzvləri məsələyə qapalı rejimdə baxılmasına səs veriblər.
Toplantıda Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Federasiya Şurasının Müdafiə komitəsinin sədri Viktor Ozerov və Beynəlxalq komitənin sədrinin 1-ci müavini Vladimir Cabarov məruzə ilə çıxış edəcəklər.
V. Matviyenko ordudan konkret harada istifadə olunacağını açıqlamayıb.
Qeyd edək ki, məsələ Rusiyanın Suriyaya hərbi yardımları və bu ölkədə hərbi mövcudiyyəti barədə xəbərlərin artdığı dövrə təsadüf edir. Rusiya və ABŞ prezidentləri bu məsələni BMT Baş Assambleyası çərçivəsində müzakirə ediblər.
Xatırladaq ki, Federasiya Şurası 2014-cü ilin martında Silahlı Qüvvələrdən Ukrayna ərazisində istifadə olunmasına icazə verilməsi üçün prezidentin müraciətini təmin edib.


Şərhlər