Suriyanın informasiya nazirinin siyasi məsələlər üzrə müşaviri Ali əl-Ahmadi Suriyanın Rusiyaya hərbi yardım sorğusu göndərməsi barədə məlumatları təsdiqləyib.
AzPolitika.info-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əl-Ahmadi Suriyanın Rusiyadan kömək istədiyini qeyd edib.
O bildirib ki, Rusiya ordusunun, xüsusilə də HHQ-nin Suriyanın köməyinə gəlməsi ölkənin qorunması üçün böyük dəstəkdir.
Xatırladaq ki, Federasiya Şurası Rusiya HHQ-nin xaricdə istifadə olunması barədə Putinin sorğusunu bu gün təsdiqləyib.


Şərhlər