Menu

Məşhur jurnalistin qabırğalarını qırdılar

01.10.2015, 10:45
Məşhur jurnalistin qabırğalarını qırdılar

Türkiyənin tanınmış jurnalistlərindən olan Ahmet Hakan fiziki təzyiqə məruz qalıb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə, 4 nəfər “Hürriyet” qəzetinin yazarı Ahmet Hakana yaşadığı evin qarşısında hücum edib. Hadisə bu gecə yerli vaxtla saat 00.35 radələrində jurnalistin “CNNTürk” kanalında yayımlanan verilişindən çıxıb evinə gedərkən baş verib. Nəticədə yazar ağır xəsarət alıb, bədəninin bir neçə yerində sümüyü qırılıb. Dərhal xəstəxanaya çatdırılan jurnalistin həyatına təhlükə yoxdur. O, evə buraxılıb, müalicəsini evində davam etdirəcək.

Artıq hadisəylə bağlı 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol