Rusiya Ədliyyə Nazirliyi ötən ildən Rusiyada saxlanılan ukraynalı pilot Nadejda Savçenkonu vətəninə ekstradisiya etmək barədə xahişi nəzərdən keçirə bilər.
AzPolitika.info-nun “Russia Today”ə istinadən verdiyi məlumata görə, bu, bir şərtlə mümkündür ki, Savçenko Rusiyada çıxarılan cəza hökmünü Ukraynada da istisnasız çəkəcək.
Ədliyyə Nazirliyində vurğulayıblar ki, Rusiya ilə Ukrayna arasında məhkumların mübadiləsi 1983-cü ildəki məhkumların mübadiləsinə dair Konvensiyanın əsaslarına və RF CPM-ə əsasən aparılır.


Şərhlər