Menu

Rusiya təyyarələri İŞİD-in qərargahını bombaladı - Video

01.10.2015, 16:30
Rusiya təyyarələri İŞİD-in qərargahını bombaladı - Video

Rusiya aviasiyası “İslam dövləti” (İŞİD) qruplaşmasının Suriyanın İdlib şəhərində yerləşən mənzil qərargahını məhv edib.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

Dünəndən bəri Rusiya HHQ-nin Su-24M və Su-25 təyyarələri tərəfindən 12 obyekt üzərində 20-dən çox uçuş həyata keçirilib.

Bundan başqa, rusiyalı dəniz piyadaları Suriyadakı hərbi bazanı müdafiə edirlər. Rusiyanın hava əməliyyatları həmin hərbi bazadan idarə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol