Menu

Rusiya təyyarələri ABŞ-ın təlim düşərgəsini bombaladı

01.10.2015, 19:12
Rusiya təyyarələri ABŞ-ın təlim düşərgəsini bombaladı

Suriyada Rusiya təyyarələri tərəfindən endirilən iki aviazərbə nəticəsində Amerikanın MKİ-si tərəfindən təlim görən müxalif döyüşçülərin düşərgəsi dağıdılıb.

AzPolitika.info-nun “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə həmin düşərgədə təlim keçən “Zaviya dağının şahinləri” briqadasının komandiri Həsən Xacə Əli bildirib.

Onun sözlərinə görə, İdlib ətrafına 20-dən çox raket zərbəsi endirilib.

Qeyd olunan düşərgədə yerli üsyançıların MKİ zabitləri tərəfindən Əsəd rejimiylə mübarizə üçün hazırlandığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol