Rusiya etiraf edib ki, Suriyada təkcə İŞİD terror təşkilatının mövqeyini bombardman eləmir.
Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiyanın əlində Suriya ərazisində fəaliyyət göstərən “terror təşkilatlarının” siyahısı var və bu zaman “həmin qüvvələrin mövqeləri Bəşər Əsəd rejiminin silahlı qüvvələrinin koordinasiyası üzrə müəyyən edilir”.
“Bu təşkilatlar bəllidir və əlbəttə ki, hədəflər Suriya tərəfinin koordinatları əsasında seçilir” – qeyd edib Peskov.


Şərhlər