Menu

“Ukraynada vəziyyət barıt çəlləyinə bənzər durumdadır”

05.02.2014, 16:16
“Ukraynada vəziyyət barıt çəlləyinə bənzər durumdadır”

Almaniyanın Xarici İşlər Naziri Frank – Valter Ştanmayer həmin ölkənin ARD televiziya kanalına Ukrayndakı hadisələrlə bağlı müsahibə verib.

- Belə deyək ki, Putin Ukraynanı öz nəzarəti altında saxlamaq üçün onlara şirnikləndirici pay olaraq 15 milyard dollar həcmində pul verdi. Avropa Birliyi stolun üzərinə 20 milyard dollar qoya bilərmi?

- Mənə elə gəlir ki, işlər bu tərzdə görülmür. Ümid edirəm ki, Rusiya vəziyyəti düzgün qiymətləndirir. Münaqişənin yenidən amansız toqquşmalarla nəticələnəcəyi gözlənilir. Bir neçə gün bundan əvvəl baş verən qarşıdurmalar zamanı insanlar həlak olmuşdu, ancaq yaxşı ki, son günlər sakit keçir. Hətta işgəncələrə məruz qalmış Bulatovun xaricdə müalicə almasına imkan da verilib. İndi vəziyyət barıt çəlləyinə bənzər durumdadır. Mən əminəm ki, heç bir tərəf onun fitilini yandırmayacaq. Nə Ukrayna, nə də ki, digər ölkələr bu ölkədə konfliktin olmasında maraqlı deyil. Biz kimin daha çox pul verə bilməsi yarışına girməməliyik. Hamımızın ümumi marağı ondan ibarət olmalıdır ki, müxalifətlə prezident və həmçinin digər nümayəndələr arasında elə münasibətlər qurulsun ki, bu ölkənin siyasi gələcəyinə yol açılmasına imkan versin.

- Yaxın günlərdə Vitaliy Kliçko ilə görüşmüsünüz. O, Ukraynanın hökumət üzvləri və oliqarxlarına qarşı sanksiya tətbiq etməyinizi tələb edir. Siz bu üsulun tərəfdarısınız, yoxsa əleyhdarı?

- Hesab edirəm ki, biz Ukrayna hökumətinə qarşı olan münasibətdə qətiyyətli hərəkət etməliyik. Avropa Birliyindəki Almaniyanın xarici məsələlər üzrə təmsilçiləri özlərini məhz bu cür qətiyyətli aparırlar. Mənə elə gəlir ki, sanksiyalardan təhlükəli xəbərdarlıq kimi istifadə etməliyik. Əgər yaxın günlərdə keçiriləcək danışıqlardan tələb olunan nəticələr alınmazsa, onda biz də müvaffiq qərarların alınmasına hazır olmalıyıq.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol