Menu

HDP seçki vədlərini açıqladı: Türkiyədə muxtariyyət, Ermənistanla əlaqələr...

02.10.2015, 15:04
HDP seçki vədlərini açıqladı: Türkiyədə muxtariyyət, Ermənistanla əlaqələr...

PKK-nı dəstəkləyən siyasi təşkilat daha da uzağa gedərək Milli Təhlükəsizlik Şurasını ləğv etməyi, terrorla mübarizə haqqında qanunu isə tamamilə aradan qaldıracağını vəd edib.

Türkiyədə PKK-nın siyasi qanadı kimi tanınan Xalqların Demokratik Partiyasının (HDP) noyabrın 1-nə təyin olunmuş seçkilərlə bağlı platforması ölkə ictimaiyyətində mübahisə və tənqidlərə səbəb olub.

AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “İnadına HDP, inadına sülh” şüarı ilə seçkilərə gedən partiya Suriyada kürdlər üçün muxtariyyət yaradılması, eləcə də Türkiyənin özünü idarə edən və geniş səlahiyyətli muxtar bölgələrə ayrılmasını vəd edir.

Kipr probleminin də həllinə iddia edən HDP “türk və yunan xalqları arasında adanın bölünməsinə son verəcəkləri”ni, bundan başqa, Ermənistan üzərindəki iqtisadi embarqonu qaldıraraq siyasi, iqtisadi və diplomatik əlaqələri davam etdirəcəklərini bildirib.

Seçki həddi və millət vəkili toxunulmazlığının ləğv edilməsi ilə yanaşı, PKK-nı dəstəkləyən siyasi təşkilat daha da uzağa gedərək, məhkəmə və prokurorluq sistemində dəyişikliklər aparmağı, Milli Təhlükəsizlik Şurasını ləğv etməyi, terrorla mübarizə haqqında qanunu isə ya dəyişəcəyini, ya da tamamilə aradan qaldıracağını vəd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol