Menu

Ramiz Mehdiyev Facebook-da status yazdı

05.02.2014, 17:09
Ramiz Mehdiyev Facebook-da status yazdı

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Facebook sosial şəbəkəsinə qoşulması haqda səslənən fikirlərə münasibət bildirib.

Virtualaz.org-un məlumatına görə, PA rəhbəri yazdığı statusda qeyd edib ki, onun facebook-a qoşulması sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb: “Şərhlərdən görünür ki, facebook səhifəmin açılması sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb. Bu, bir daha təsdiq edir ki, azad internetin mövcud olduğu Azərbaycan Respublikası informasiya cəmiyyəti quruculuğunda böyük məsafə qət edib”.

Bu gün R.Mehdiyev status da yazıb: “Bu gün Heydər Əliyev Mərkəzində cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirildi. Heydər Əliyev Mərkəzində bu xarakterli konfransın keçirilməsi özlüyündə rəmzi xarakter daşıyır. Çünki mövzu ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu dövlətin bu günü və gələcək inkişafına həsr olunmuşdu. Cənab prezident çıxışında son beş ildə regionlarda görülmüş və 2018-ci ilə qədər həyata keçiriləcək böyük işlər haqqında olduqca mühüm fikirlər səsləndirdi, vacib tapşırıqlar verdi. Bu barədə Facebook səhifəmdə bəzi qeydlərimi bölüşəcəyəm”.

Qeyd edək ki, Prezident Adminstariyasının rəhbəri ötən gündən etibarən Facebook sosial şəbəkəsinə qoşulub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol