Menu

Ömürlük həbs cəzası alan məhkum öldü

02.10.2015, 18:19
Ömürlük həbs cəzası alan məhkum öldü

Azərbaycanda ömürlük həbs cəzasına məhkum edilmiş şəxs ölüb.

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Qobustan qapalı həbsxanasında cəza çəkən 1961-ci il təvəllüdlü Xanbala Məmmədovun səhhəti qəfildən pisləşib və müalicə müəssisəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, X. Məmmədovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol