Fərrux Məmmədov: “Putinin məhz İslamdinini tərifləməsi də bu siyasi oyunun tərkib hissəsidi”
“Rusiyanın bugün Suriyada mövcudluğu əslində sabahkıağır durumundan xəbər verir. Rusiya İŞİD-ə qarşı savaşdığını göstərərək əslində bir tərəfdən ərəblərin, digər tərəfdən dünya ictimaiyətinin gözündə özünü qəhrəman kimi göstərmək istəyir”.Bu sözləri “Yeni Müsavat” qəzetinə açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov bildirib.
O deyib ki, BMT -nin 70-ci başasambleyasında Putinin məhz İslamdinini tərifləməsi də bu siyasi oyunun tərkib hissəsidir: “Rusiya bugün Suriyada varlığı ilə əslində,ərəb dünyasında getdikcə nifrət qazanmaqdadır. SSRİ-nin Əfqanıstan siyasəti sonrası və bundan öncə ərəb diktarorlarını dəstəkləməsi ərəb dünyasında Rusiyaya qarşı nifrət yaratmışdı. Bugün isə bu daha artıq böyüyərək Rusiyaya qarşı intiqamhissiylə əvəz olunub. Rusiya iddia edir ki, İŞİD mövqelərini bobardman edir, lakin Amerika Mərkəzi Kəşfiyyatının əlində əsaslı dəlillər var ki, Rusiya sivil şəxslər yaşayan əraziləri və həmçinin dünya birliyinin qəbul etdiyi Suriya müxaliflərinin ərazilərinə avia zərbələr endirir”.
Politoloqun sözlərinə görə bütün bunlar tezliklə KİV-lər vasitəsilə yayımlanacaq: “Əgər bunlar sübut olunarsa, Rusiya xilaskar qismində girdiyi Suriyadan qətillər törədən tərəf kimi cıxacaq. Bu isə Rusiya üçün yaxşı heçnə vəd etmir. Rusiya o halda bütün bunlardan yan keçə bilərki, o,müttəfiq qoşunları ilə birlikdə hərəkət etsin.Əks halda, sonu Rusiya ərazisində terror dalğalarının başlanması ilə qurtara bilər. Onsuzda var olan Ryusiya nifrəti bu hadisələrdən sonra daha da böyüyərək ona qarşı çevriləcək”


Şərhlər