Menu

Kollec qətliamından reportaj - VİDEO

03.10.2015, 01:30
Kollec qətliamından reportaj - VİDEO

ANS TV-nin məlumatına görə, Amerika Birləşmiş Ştatları daha bir məktəbdə qətliamına şahidlik elədi. Oreqon ştatında silahı ilə kollecdə daxil olan şəxs əvvəlcə sinif otağında gizlənib. Daha sonra dərs otağına daxil olanlara atəş açaraq 9 nəfəri öldürüb, 7 nəfəri ağır yaralayıb.

Sonra onunla polis arasında silahlı insidet yaşanıb və polisin açdığı atəşlə silahlını da öldürüb.

Amerika mediası yazır ki, 26 yaşlı Kris Harper əqli cəhətdən qüsurlu olub.

Kollecinin tələbəsi Sara bu dəqiqiə hisslərinin çox qarışıq və həyəcanlı olduğunu deyir: “Baş vermiş hadisə məni çox üzüb. Kollecə yeni qəbul olmuşdum və ilk günlərin çox gözəl keçəcəyini gözləyirdim, ancaq sonra məlum insident baş verdi. Mən artıq uzun müddət ora qayıtmaq istəmirəm”.

Hücumdan sonra polis digər şübhəlilərin olub-olmadığını öyrənmək məqsədilə tələbələrin üzərində və çantalarında axtarış aparıb.

Hadisədən dərhal sonra Ağ Ev rəhbəri Barak Obama da canlı yayıma çıxaraq ölkədə silah qanunvericiliyi ilə bağlı dəyişikliklər aparmağın vacib olduğunu söylədi:“Bu cür hallar, demək olarsa, gündəlik hal alıb. Bu cür xəbərlər, mənim bu cür insidentlərə bu kürsüdən reaksiyam və sonrakı müzakirələrə gündəlik hal alaraq adiləşib. Biz belə hallar qarşısında aciz qalmışıq”.

Olanlardan üzüldüyünü deyən Ağ Ev rəhbəri ABŞ-ın belə kütləvi qətliamlar qarşısında getdickə acizləşdiyini vurğulayıb.

2012-ci ilndə də məktəbə edilən silahlı hücum nəticəsində Konnektutda 26 nəfər dünyasını dəyişmişdi.

Statistika göstərir ki, təkcə son bir ildə 294 silahlı hücum həyata keçirlib. Maraqlidir ki, Birləşmiş Ştatlarda əhalidə 300 milyondan artıq silah var.

Təkcə Texas ştatında olan silahların sayı bütün Avropa əhalisinin əlində olan silahdan coxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol