Menu

Tibb Universitetinin 2 müəllimi dəm qazından boğuldu

05.02.2014, 21:33
Tibb Universitetinin 2 müəllimi dəm qazından boğuldu

Paytaxtın Hüseyn Cavid prospektində yerləşən binada 2 nəfər dəm qazından boğulub. Hər 2 şəxs hadisə nəticəsində ölüb.

Bu barədə “Axar.az” Yasamal rayon polis idarəsinin əməkdaşları məlumat verdi. Məlumatda deyilir ki, dünyasını dəyişənlər həyat yoldaşı olub və 60-dan çox yaşları olub. Zəhərlənənlərin hər 2-si Tibb Universitetinin müəllimidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol