Almaniya bu ilin sonuna kimi qaçqınlardan 1,5 milyon müraciət gözləyir.
AzPolitika.info-nun “Bild”ə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya federal hökumətinin mətbuata sızan yeni proqnozlarda deyilir.
Bundan əvvəl 800 min qaçqın gözləyən Almaniya hökuməti təkcə oktyabrdan dekabrda qədər olan vaxt kəsimində 920 min sığınacaq müraciətinin ediləcəyini bildirib.
“Miqrasiya təzyiqləri güclənib. İlin dördüncü rübündə günə 7-10 min arası müraciət gözləyirik”, - deyə “məxfi” qrifli sənəddə qeyd olunur.
Hesabatda həmçinin bidlirilir ki, müraciət edənlərin çoxu ailəli miqrantlardır və hər ailədə 4-8 arası insan olduğunu və hər sığınacaq alan şəxsin ailəsini də dəvət edəcəyini nəzərə aldıqda, “ailələrin qovuşması” nəticəsində Almaniyaya 7,36 milyona yaxın miqrantın üz tutması ehtimal olunur.


Şərhlər