Menu

Kremldən Türkiyənin notasına cavab gəldi

05.10.2015, 15:58
Kremldən Türkiyənin notasına cavab gəldi

Rusiyanın Suriyadakı əməliyyatları Türkiyə ilə münasibətlərin pozulmasına səbəb olmayacaq.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.

Onun sözlərinə görə, Ankara və Moskva arasındakı münasibətlərin özülü möhkəmdir və qarşılıqlı maraqlara cavab verir.

Türkiyənin Rusiyanın Ankaradakı səfirinə nota təqdim etməsi faktını təsdiqləyən D.Peskov qeyd edib ki, həmin notada bəzi müəyyən faktlardan söz gedir.

O, notada qeyd olunan məqamların araşdırılacağını vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol