Menu

Rusiyanın Qara dəniz donanması Suriya sərhədlərində?

05.10.2015, 21:27
Rusiyanın Qara dəniz donanması Suriya sərhədlərində?

Rusiya KİV-nin məlumatına görə, Rusiya Federasiyası Dövlət Duması müdafiə məsələləri komitəsinin sədri, Rusiyanın Qara dəniz donanmasının sabiq komandanı, admiral Vladimir Komoyedov xəbər verib ki, Qara dəniz donanması Suriya sərhədlərinin və bu ölkəyə silah-sursat daşınmasının blokadaya alınması məqsədilə istifadə oluna bilər («Qazeta.ru»).

«Qara dəniz donanmasının bu əməliyyatlarda genişmiqyaslı istifadəsi məsələsinə gəlincə, hesab edirəm ki, bu, baş verməyəcək. Ancaq sahil zolağının blokadaya alınması nöqteyi-nəzərincə, tam realdır. Artilleriya zərbələrinin endirilməsi də istisna deyil - gəmilər buna hazırdırlar, amma hələlik bunun mənası yoxdur. Terrorçular ölkənin dərinliklərində cəmləşiblər - bu ərazilərə artileriya zərbələri çatmaz» - deyə, «RİA Novosti» Komoyedovdan sitat gətirir.

Komoyedov qeyd edib ki, hal-hazırda sözügedən istiqamətdə effektli fəaliyyət göstərmək üçün Aralıq dənizi flotiliyasının qüvvələri bəs edir və İŞİD-də qarşı güman ki, köməkçi gəmilər də cəlb olunacaq. Bu gəmilər əraziyə material-texniki vasitələr və sursat daşıyacaqlar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol