Menu

Azərbaycanla sərhəddə 150 min nəfərlik şəhər salınacaq

05.10.2015, 23:04
Azərbaycanla sərhəddə 150 min nəfərlik şəhər salınacaq

Dağıstan Respublikasının rəhbəri Ramazan Abdullatipov Dərbənddən cənubda 100-150 min sakini olan şəhər və hava limanı inşa edəcəklərini deyib.Modern.az xəbər verir ki, “Ria Novosti” agentliyinə müsahibəsi zamanı Dağıstanın lideri Dərbənddə turizm bölgəsi yaratmağı planlaşdırdıqlarını da deyib: “Biz hazırda biznesmen Süleyman Kərimovla (milyarder - red.) bu barədə danışıqlar aparırıq. Dərbənddən 15 kilometr cənubda müasir 100-150 min nəfərlik şəhər, müasir mehmanxanalar və yollar salmağı fikirləşirik. Digər tərəfdə isə hava limanının tikintisi nəzərdə tutulub”.

Bu il 2 min illiyini qedy edən Dərbənd tarixi-memarlıq abidələri ilə tanınır. Şəhərin 6-cı əsrə aid Narın qala kompleksi, qala divarları və qəsr YUNESKO-nun Ümumdünya mədəni irsinə daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol