Menu

Bakıda zəncirvari yol qəzaları baş verib

06.10.2015, 10:17
Bakıda zəncirvari yol qəzaları baş verib

Bakıda bu gün səhər saatlarında zəncirvari yol qəzaları baş verib.

Trend-in əməkdaşının verdiyi məlumata görə, Dərnəgül yolunda Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib. Hadisədə 4 avtomobil toqquşub.

Digər zəncirvari qəza isə keçmiş Musabəyov heykəlinin ətrafındakı dairəvi yolda baş verib.

Hadisələrin baş verməsi nəticəsində yollarda tıxac yaranıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol