Bu gün Soçidə Qış Olimpiya oyunlarının açılış mərasimi keçiriləcək. Musavat.com-un Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, açılış mərasimi ərəfəsində şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Rusiyanın digər şəhərlərindən Sosiyə təhlükəsizlik qüvvələri gətirilib. 40 minə yaxın polis əməkdaşının təhlükəsizliyin təmin edilməsinə cəlb olunduğu şəhərdə bir sıra küçələr bağlanıb. İdmançılar da daxil olmaqla, sərhədlərdə və hava limanlarında yoxlamalara məruz qalır.
Olimpiya oyunlarında 88 ölkədən idmançılar iştirak edəcəklər. Bu, dörd il əvvəl Vankuverdəkindən altı ölkə çoxdur. Yeddi idman növü üzrə 98 medal dəsti qazanılacaq.
Qeyd edək ki, olimpiadanın açılış mərasimində bir sıra dünya ölkələrinin dövlət başçıları, o cümlədən, Azərbaycan prezidenti İlham Əliyev iştirak edəcək.


Şərhlər