Menu

Rusiya Xəzərdən İŞİD-ə zərbələr endirib - VİDEO

07.10.2015, 18:29
Rusiya Xəzərdən İŞİD-ə zərbələr endirib - VİDEO

Rusiya hərbi gəmiləri Xəzər dənizindən Suriya ərazisinə raket zərbələri endirib.

TASS-ın verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya müdafiə naziri Sergey Şoyqu çıxış edib.

O bildirib ki, zərbələr “İslam Dövləti” terror qruplaşmasının mövqelərinə endirilib.

Suriyadakı terrorçuların mövqeləri qanadlı raketlər vasitəsi ilə vurulub. 1500 kilometr məsafədə yerləşən hədəflər dəqiqliklə vurulub. Ümumilikdə İŞİD-in mövqelərinə 26 raket atılıb.

Əməliyyatda Rusiya Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanmasının 4 gəmisi iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol