Menu

1190 nəfərin namizədliyi qeydə alınıb

07.10.2015, 17:17
1190 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Qeydə alınan namizdlərin 263-ü siyasi partiyalar, 15-i azadlıq 2015 bloku, 2-si təşəbbüs qrupu, 910-ı isə fərdi fərdi qaydada irəli sürülüb.

İclasda həmçinin İclasda həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb.

Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol