Menu

"ABŞ İŞİD-in olduğu yerlər barədə məlumatları Rusiyaya verməlidir" - Putin

07.10.2015, 19:52
"ABŞ İŞİD-in olduğu yerlər barədə məlumatları Rusiyaya verməlidir" - Putin

“ABŞ İŞİD-in olduğu yerlər barədə məlumatları Rusiyaya verməlidir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı deyib.

"Əgər ABŞ Suriyadakı vəziyyəti daha yaxşı bildiyini deyirsə, onda bizə müəyyən etdikləri hədəfləri versinlər. ABŞ bir ildən artıqdır Suriyaya qanunsuz müdaxilələr edir. Onlara dedim ki, vəziyyəti daha yaxşı bilirlərsə, bu müddət ərzində müəyyən etdikləri hədəfləri bizə versinlər. Biz isə onların üzərində işləyərik", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol