Menu

BMT daxilində korrupsiya araşdırmalarına başlanıb

09.10.2015, 00:37

bmtBMT-nin baş katibi Pan Gi Mun ABŞ hökuməti tərəfindən təşkilat məmurlarına qarşı korrupsiya ittihamlarından sonra vəsaitlərin xərclənməsini yoxlamaq göstərişi verib.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

“ABŞ hökumətinin irəli sürdüyü son ittihamlarla əlaqədar baş katib Daxili Nəzarət İdarəsinə tapşırıq verib ki, BMT-nin “Global Sustainability” fondu və “Sun Kian İp Group” şirkəti ilə qarşılıqlı münasibətlərini, həmçinin, bu strukturlardan alınan vəsaitlərin xərclənməsini yoxlasın”, - deyə rəsmi açıqlamada qeyd edilir.

Bundan qabaq ABŞ-da BMT rəsmiləri arasında korrupsiya işi ilə bağlı təhqiqata başlandığı haqda xəbər yayılmışdı. Təhqiqata görə, təşkilat nümayəndələri Çin şəhəri Makaoda tikinti zamanı rüşvət alıblar.

Şübhəli şəxslər və onların adları açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol