Menu

Azərbaycan seçkilərdə elektron səsverməyə keçə bilər

09.10.2015, 13:14
Azərbaycan seçkilərdə elektron səsverməyə keçə bilər

"Əgər qanunvericilikdə dəyişiklik olarsa, Azərbaycan elektron səsverməyə keçə bilər". "Report" xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov deyib.

R. Gülməmmədov bildirib ki, Azərbaycanda elektron səsvermənin tətbiqi və keçirilməsi üçün texniki, infrastruktur baxımından problem yoxdur: "Səsvermənin ən böyük şərti anonimlikdir. Elektron səsvermədə vətəndaşa təzyiq də ola bilər. Məhz buna görə də, bir çox ölkələrdə elektron səsvermə uğursuz olub, nəticələri yaxşı qarşılanmayıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol