Suriyada “İslam dövləti” (İŞİD) qruplaşması əks-hücuma keçən hökumət qoşunlarına qarşı zəhərli qaz bombaları tətbiq edə bilər.
AzPolitika.info-nun məlumatına görə, bu barədə TASS-a Rusiyanın Baş Qərargahındakı mənbə bildirib.
Mənbə, zəhərli iprit qazının tətbiqini istisna etməyib.
“Aviasiyamız tərəfindən zərbələr endirilməsindən sonra apardığımız kəşfiyyat zamanı döyüşçülər arasında təcili olaraq Suriya qoşunlarıyla cəbhə xəttinə xüsusi silah-sursat göndərilməsi barədə danışıqları qeyd etmişik. Həmçinin hansısa “sürpriz”lərdən söhbət gedirdi ki, çox güman, kimyəvi komponentlərə malik əldəqatırma partlayıcı qurğular nəzərdə tutulub”, - deyə mənbə bildirib.
Qeyd olunur ki, həmin “sürpriz”lər həm insanlar, həm də texnika üçün kimyəvi fəlakət maneələri yaratmaq məqsədi ilə məhz Suriyanın hökumət qoşunlarının fəal olduğu rayonlara göndərilə bilər.


Şərhlər