Menu

Müdafiə nazirinin sabiq müavininin vəkili məhkəməyə gəlməyib

09.10.2015, 17:04
Müdafiə nazirinin sabiq müavininin vəkili məhkəməyə gəlməyib

Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatının görə, səbəb M. Səlimovun vəkilinin məhkəməyə gəlməməsi olub. Proses oktyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Mehman Səlimov 2014-cü ildə həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol