Menu

“Araz” marketlərinə qarşı saxtakarlıq ittihamı – Vətəndaşın iddiası əsaslıdırmı? (Video)

09.10.2015, 18:47
“Araz” marketlərinə qarşı saxtakarlıq ittihamı – Vətəndaşın iddiası əsaslıdırmı? (Video)

Bu gün ölkə mətbuatında Araz Supermarketlər şəbəkəsinin Masazır qəsəbəsində yerləşən filialında vətəndaşın aldadılaraq ondan alış-veriş zamanı artıq ödəniş alınması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

Bu barədə Araz Supermarketlər şəbəkəsinin yaydığı məlumatda bildirilir.

Supermarketin təhlükəsizlik kameralarından əldə olunmuş görüntülərin də əlavə olunduğu məlumatda qeyd olunur ki, müştərinin alış-veriş zamanı “Araz Masazır”da ondan artıq pul alındığı iddiası ilə bağlı ciddi araşdırmalar aparılaraq, vətəndaşın tam haqsız olması üzə çıxıb. “Belə ki, müştərinin iddia etdiyi uzərində hər birinin qiyməti 60 qəpik göstərilən 2 ədəd “Gillet” üz qırxanlarına kassada 69 qəpik ödəməsinə bildirmək istəyirik ki, bu zaman vətəndaşın ödədiyi əlavə 18 qəpik elə marketdə kassir tərəfindən yerindəcə ödənilib. Qeyd etmək istərdik ki, “Araz” marketlərdə vitrin qiyməti ilə kassa çıxış qiyməti arasında yaranan qıymət fərqində aşağı qiymət götürülərək ödəniş edilir. Marketdə minlərlə çeşid mal olur ki, mütamadi olaraq bunların qiymətlərində qalxma və enmələr baş verir. Bütün bunları gündəlik olaraq tənzimləməyə çalışsaq da, bəzən belə hallar müşahidə olunur. Burada insan faktoru olduğu üçün bu bir texniki xətadır və bu kimi hallarla daim mübarizə aparılır.

Müştərinin qaldırdığı ikinci iddia isə ondan ibarətdir ki, “Səba” broylerin istehsalı olan və üzərində çəkisi şəkildən də göründüyü kimi 1.120 qram göstərilən toyuğun çəkisi marketdə 1.978 qram hesablanıb. Bu iddia da tam əsassız və qərəzlidir. Belə ki, “Araz” marketlər şəbəkəsinin Masazır filialında bir neçə müddətdir ki, “Səba” toyuqlarının satış aksiyası həyata keçirilir. Yəni, 2 toyuq alana 1 toyuq hədiyyə edilir. Bu 3 ədəd toyuqlar isə bir səbətə qoyularaq satılır. Vətəndaşın aldığı və şəkillərdə təqdim etdiyi 1.978 qramlıq etiket isə 2 toyuğun çəkisidir və sadəcə müştəri buna fikir verməyərək çek vurulan toyuğu götürüb. Onun alt tərəfində isə 2 toyuğun çəkisi bir ödəniş edilsin deyə 1 toyuq qabına vurulur. Ücüncü toyuq isə hədiyyə olaraq verilir. Vətəndaşa videokadrlarda da göründüyü kimi, bütün bunlar izah edilsə və ondan üzürxahlıq edilsə də, o bunlara əhəmiyyət qoymayaraq marketi tərk edir.

“Araz” marketlər hər zaman geniş çeşid, sərfəli qiymət və müxtəlif aksiyalar həyata keçirərək müştərilərinin xidmətində olub.

“Araz” müdiriyyəti olaraq nəzərinizə çatdırmaq istəyirik ki, bu və ya digər xoşagəlməz hallar ilə rastlaşdıqda market rəhbərliyinə və Qaynar xəttimiz olan 055 525 95 19 nömrəsinə müraciət edəsiniz. “Araz” marketlər olaraq hər zaman bizim üçün müştərilərimizin fikirləri və təklifləri dəyərlidir”, deyə press-relizdə bildirilir.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol