Menu

Hərbi hissəni özbaşına tərk edən əsgərin meyiti tapıldı

10.10.2015, 13:25
Hərbi hissəni özbaşına tərk edən əsgərin meyiti tapıldı

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 6-da hərbi qulluqçu, əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti tapılıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol