Menu

Bakıdakı bal yarmarkası: 18 ton yararsız bal buraxılmadı

10.10.2015, 15:02
Bakıdakı bal yarmarkası: 18 ton yararsız bal buraxılmadı

Yararsız arıçılıq məhsullarının əksəriyyəti cənub bölgədən gətirilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakıda təşkil olunan Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına 18 ton yararsız bal buraxılmayıb.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yarmarkaya gətirilən arıçılıq məhsulları müvafiq laborator yoxlamadan keçirilib: "Laborator yoxlamalar nəticəsində məlum olub ki, 18 ton bal yararsızdır və müvafiq standartlara cavab vermir".

Bundan başqa, bildirilir ki, yararsız arıçılıq məhsullarının əksəriyyəti cənub bölgədən gətirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol