Menu

Bu kanalların yayımı dayandırıldı

10.10.2015, 21:35
Bu kanalların yayımı dayandırıldı

Ankara Cümhuriyyət Baş Prokurorluğu apardığı istintaqla bağlı «Tivibu» və «Digiturk»a məktub göndərərək bəzi kanalları platformasından çıxarmasını istəyib. ANS PRESS-in məlumatına görə, bu kanallar «paralel hökumət»ə (nurçular) xidmətdə ittiham olunurlar.

«Türkiye Gazetesi» nin verdiyi xəbərə görə, «Tivibu» və «Digiturk»dan sonra gözlər «Türksat»a dikilib. Baş Prokurorluğun «Türksat»a da eyni məktubla müraciət edəcəyi gözlənilir. Sözügedən kanallar «Samanyolu TV», «Mehtap TV», «S Haber» (Samanyolu Haber), «Kanaltürk», «Bugün TV», «Yumurcak TV» və «Irmak TV»dir. Bu kanalların «Türksat»dan da çıxarılacağı haqda təlimatın gəldiyi haqda məlumatlar dolaşır.

«Digiturk»un rəsmi internet saytında bununla bağlı verilən açıqlamada bildirilir ki, Baş Prokurorluqdan gələn rəsmi sənədə uyğun olaraq adı sadalanan kanalları yayımlamayacaq

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol