Menu

“Ankaradakı terakt ölkəni qarışdırmaq cəhdidir” - Putin

11.10.2015, 00:09

putinTerrorizmlə effektli mübarizəyə yalnız birgə səylərin koordinasiyası yolu ilə nail olmaq mümkündür.

Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.“Bu şər qüvvə ilə mübarizədə səyləri birləşdirmək lazımdır. Biz yalnız o zaman effektli olacağıq ki, birlikdə mübarizə aparacağıq” – deyib Kreml başçısı.

Onun sözlərinə görə, bunun növbəti təsdiqi Ankaradakı terror aktıdır.

Rusiya prezidenti bu aktı həmçinin, ölkədəki situasiyanı qarışdırmaq cəhdi adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol