Menu

6 nömrəli marşrutun istiqaməti dəyişdirildi

11.10.2015, 22:55
6 nömrəli marşrutun istiqaməti dəyişdirildi

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərə müraciət edib. Mərkəzdən daxil olan məlumatda bildirilir ki, 12 oktyabr tarixindən paytaxtda 63 saylı (əvvəlki 6 saylı) marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik edilib. Belə ki, əvvəllər Oksford məktəbi- Elmlər Akademiyası m/s – Bakıxanov küç. – Həsən Əliyev küç. – Gənclik (5 saylı xəstəxana) – Ağa Nemətulla küç. – F. Xoyski küç. – Montin bazarı istiqamətində hərəkət edirdisə, sabahdan etibarən Oksford məktəbin qarşısından Gənclik m/s-nın yaxınlığına kimi fəaliyyət göstərəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol