Menu

İran nüvə sazişi haqda qanun layihəsini təsdiqlədi

11.10.2015, 23:32
İran nüvə sazişi haqda qanun layihəsini təsdiqlədi

İran parlamenti nüvə sazişinin həyata keçirilməsinə yol açan qanun layihəsini ilkin olaraq təsdiqləyib.

Sözügedən saziş Tehran və digər 6 dünya ölkəsi arasında imzalanıb. 139 deputat sənədin lehinə, 100 nəfər isə əleyhinə səs verib.

Qanun layihəsini parlamentdəki milli təhlükəsizlik komitəsi təqdim edib.

Sənəd yekun olaraq təsdiqlənməzdən əvvəl, oktyabrın 13-də onunla bağlı təkrar səsvermə keçiriləcək.

Qeyd edək ki, sazişdə İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların dayandırılması və ya yüngülləşdirilməsindən gedir. /Azadlıq Radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol