Menu

Moskvada terror aktının qarşısı alınıb

12.10.2015, 08:52
Moskvada terror aktının qarşısı alınıb

Saxlanılan şəxslərin gizləndiyi evdə əldəqayırma partlayıcı qurğu aşkar edilib

Rusiya paytaxında terror aktının qarşısı alınıb. APA-nın Moskva müxbirinin verdiyi xəbər görə, bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının Strelbişenski döngəsində yerləşən mənzillərin birində keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində paytaxtda terror aktı törətməyi planlaşdıran bir qrup şəxs yaxalanıb.

MAK-ın məlumatına görə, saxlanılan şəxslərin gizləndiyi evdə əldəqayırma partlayıcı qurğu aşkar edilib.

Antiterror əməliyyatının keçirildiyi yaşayış binasından 80-dən artıq sakin təxliyə olunub.

Şahidlərin bildirdiyinə görə, antiterror əməliyyatı Strelbişenki döngəsi ev 5, 3-cü korpusda keçirilib. Bina mühasirəyə alınıb. Hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları araşdırma aparırlar. Binanın ətrafında yanğınsöndürən maşınlar da var.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol