Türkiyə paytaxtı Ankarada 2 kamikadzenin özünü partlatması ilə nəticələnən qanlı terror hadisəsini araşdırmaq məqsədi ilə tibbi ekspertiza keçiriləcək.
AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bombalı terror aktlarında şübhəli şəxs qismində axtarılan 16 nəfərin ailəsindən DNT nümunələri götürülüb.
Bu nümunələr əsasında terrçuların cəsədləri və kimlikləri araşdırılacaq. Həmin 16 İŞİD üzvü bu şəxslərdir: "Mustafa Dokumacı, Hacı Yusuf Kızılbay, Kasım Dere, Mahmut Gazi Dündar, Mehmet Mustafa Çevik, Ömer Deniz Dündar, Yakup Aktulum, Mehmet İşik, Mehmet Taşar, Muhammet Zana Alkan, Ersal Ocak, Mahmut Gazi Tatar, Recep Yaman, Memet İşbar və Salih Küçüktaş".
Kamikadzelərin hər birinin üzərində 10 kiloqram TNT partlatdığı deyilir. Hadisənin İŞİD tərəfindən törədilməsi ehtimalına üstünlük verilir.



Şərhlər