Menu

Elton Məmmədov oğlunun həbsindən xəbərsizdir? - Açıqlama

12.10.2015, 14:01
Elton Məmmədov oğlunun həbsindən xəbərsizdir? - Açıqlama

Milli Məclisin deputatı Elton Məmmədov (nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) oğlu Aynar Məmmədovun həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.

“Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir”- , deputat E. Məmmədov narazılığını gizlətmədən Turan agentliyinə bildirib.

Qeyd edək ki, Bəzi KİV və sosial şəbəkələr Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Yasamalda “Nar” kafesində əməliyyat keçirdiyi barədə məlumatlar yayıblar. Əməliyyat zamamı deputatın oğlu da daxil olmaqla, bir neçə nəfər həbs olunub.

Daha sonra DİN əməliyyatı təsdiq edən rəsmi məlumat yaydı.

Görünür, Elton Məmmədov DİN-in bu barədə məlumat yayacağını gözləmirmiş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol