Menu

Türkiyədə yeni terror aktları gözlənilir - Xəbərdarlıq

12.10.2015, 14:07
Türkiyədə yeni terror aktları gözlənilir - Xəbərdarlıq

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkədə təkrar terror aktlarının baş vermə imkanları barədə xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə "Milliyyət" qəzeti MİT-ə istinadən xəbər yayıb.

MİT-in məlumatına əsasən, daha 20 kamikadze ölkənin müxtəlif şəhərlərində terror aktları törətməyə hazırlaşır.

Qeyd edək ki, oktyabrın 10-da Ankarada baş vermiş terror aktı zamanı 97 nəfər ölüb, 240-dan çox şəxs isə yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol