Menu

"Terroru törədən təşkilatı müəyyən etmək üzrəyik" - Davudoğlu

12.10.2015, 14:29

ahmet_davutoglu_albomTürkiyədə törədilən terror aktları ilə bağlı araşdırmalar artıq bu işin arxasında duran təşkilatın müəyyənləşdirilməsinə doğru gedir.

AzPolitika.info-nun məlumatına görə, bu açıqlama ilə Türkiyə baş naziri Əhməd Davudoğlu NTV efirində bildirib.

O, dövləti günahlandırmağın və hökuməti ittiham etməyin doğru olmadığını bildirib.

İki nəfərin adının müəyyən olunduğunu, bir nəfərin adına da yaxınlaşdıqlarını deyən Əhməd Davudoğlu bu adamın bir təşkilatı işarə etdiyini deyib.

HDP rəhbərliyinin birbaşa dövləti ittiham etməsinə, MHP sədrinin isə görüşü rədd etdiyinə görə, ancaq CHP sədri Kemal Kılıçdaroğlu ilə görüşdüyünü deyən baş nazir ikili görüşdə bölüşülən bəzi bilgilərin sonradan Kılıçdaroğlu tərəfindən ictimaiyyətə açıqlanmasını qınayıb və yalnış addım adlandırıb.

"Bir hadisənin təfərrüatları bilinmədən necə dövləti ittiham edərsiniz? Ölkə təhdid altındadır, terror riski var. Bizim birgə addımlar atmaq çağırışlarımız cavabsız qalır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol