NATO alyans olaraq Suriyadakı münaqişəyə müdaxilə etməyi planlaşdırmır.
AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, alyans üzvü olan ölkələr öz qərarları ilə ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak edirlər.
Stoltenberq Suriya münaqişəsinin həllində siyasi nizamlanma yoluna alternativ görmədiyini vurğulayıb: “Suriyadakı müharibənin və döyüşlərin siyasi həlli qeyri-realist görünə bilər. Digər tərəfdən isə başqa bir alternativ yol yoxdur. Gec, ya tez danışıqlar yolu ilə siyasi həll əldə olunmalıdır. Buna görə də, biz bu siyasi həll uğrunda BMT-nin bütün səylərini dəstəkləyirik”.

Şərhlər