Menu

"Rusiya Bəşər Əsədi dəstəkləmir" - XİN sözçüsü

14.10.2015, 13:14
"Rusiya Bəşər Əsədi dəstəkləmir" - XİN sözçüsü

“Bizi inandırmağa çalışırlar ki, İŞİD döyüşçüləri məhz Bəşər Əsədə görə döyüşür, əgər Əsəd getsə terrorçuların fəallığı da azalacaq”.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu məntiqlə Əsədi devirmək terrorçulara güzəştə getmək sayılardı: “Sivil dünya tərəfindən terrorçuların tələblərini yerinə yetirmək təklifini eşitmək ağırdır”.

Onun sözlərinə görə, Əsədi dəstəkləməməklə bağlı Rusiyaya təzyiqlər və çağırışlar edilir: “Moskva Suriya prezidenti Bəşər Əsədi dəstəkləmir, lakin Suriya Ərəb Respublikasının dövlətçiliyini qorumağı vacib hesab edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol