Menu

Suriyaya “Toyota” maşınlarını ABŞ və Britaniya gətizdirib – Rusiya XİN

14.10.2015, 13:24
Suriyaya “Toyota” maşınlarını ABŞ və Britaniya gətizdirib – Rusiya XİN

Suriyada İŞİD terrorçuları tərəfindən istifadə olunan “Toyota” pikaplarını Suriyaya gətirənlər ABŞ və Böyük Britaniyadır.

AzPolitika.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya XİN sözçüsü Mariya Zaxarova çıxış edib.

Onun sözlərinə görə, Suriyada, xüsusilə də “İslam dövləti” (İŞİD) qruplaşmasının “döyüş maşını” kimi istifadə etdiyi “Toyota” pikaplarının Suriyaya daşınması məhz amerikalı və britaniyalılar tərəfindən həyata keçirilib.

“Hamı soruşur ki, necə olub, İŞİD-in həlinə bu qədər “Toyota” avtomobili düşüb. Bunun cavabını nə İŞİD-in nəzarət elədiyi ərazilərdə, nə də Yaponiyada axtarmaq lazım deyil. Cavab banaldır. Yəqin ki, bunu heç kim gözləmirdi. Bu avtomobilləri Suriyaya amerikalılar və onların britaniyalı həmkarları daşıyıb”, - deyə Zaxaova bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol