Kremlin Spass qülləsi vasitəsi ilə Rusiya prezidenti Vladimir Putinin qəbuluna düşmək üçün 49 yaşlı kişi polis tərəfindən saxlanılaraq psixiatrik xəstəxanaya göndərilib.
AzPolitika.info-nun “Moskva” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, insident oktyabrın 13-də baş verib.
Spass qülləsinin xidməti girişindən keçərək prezidentlə görüşməyə çalışan həmin şəxs saxlanıldıqdan sonra onun ruhi xəstə olduğu qənaətinə gəlinib.


Şərhlər