Menu

Putindən məmurlara daha bir qadağa 

14.10.2015, 17:43
Putindən məmurlara daha bir qadağa 

Putin məmurlara xarici aviaşirkətlərlə uçmağı qadağan edib

Rusiya prezidenti Vladimir Putin federal dövlət qulluqçularının ezamiyyətə göndərilməsi qaydalarına dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

AzPolitika.info-nun məlumatına görə, yeni sənəddə ezamiyyət sənədlərinin ancaq Rusiyaya və ya Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrə aid aviaşirkətlərin reysləri üzrə rəsmiləşdiriləcəyi vurğulanır.

Əgər Rusiya və ya “mütttəfiq”lərinin aviaşirkətləri tələb olunan yerə uçuş etmirlərsə, yaxud da bu uçuşlar ezamiyyət müddəti ilə uyğun düşmürsə, o zaman istisna olaraq xarici aviaşirkətlərdən istifadəyə icazə verilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol