Menu

Lavrov Rusiya səfirinin Türkiyə XİN-ə çağırılmasından xəbərsizdir

14.10.2015, 22:54
Lavrov Rusiya səfirinin Türkiyə XİN-ə çağırılmasından xəbərsizdir

Rusiyanın xaric işlər naziri Sergey Lavrov ölkənin Ankaradakı səfirinin Türkiyə XİN-ə çağırılması haqda xəbərsiz olduğunu bildirib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, fin həmkarı Timo Soyni ilə görüşünün yekunlarına dair danışarkən bildirib.

“Mən bizim və amerikalı səfirlərin Türkiyə XİN-ə çağırılmasından xəbərsizəm” – deyib Lavrov və əlavə edib: “Yəqin bu, biz təyyarədə olanda baş verib”.

Bundan qabaq Rusiyanın Ankaradakı səfirliyi səfir Andrey Karlovun XİN-ə çağırılması haqda informasiyanı şərh eləməkdən imtina eləmişdi.

Məlumata görə, ABŞ səfiri Con Bass və Andrey Karlov Amerika və Rusiyanın Suriya kürdlərinə hərbi yardım eləməsi ilə bağlı Türkiyə xarici siyasət idarəsinə çağırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol