Menu

Sabahın havası: külək, yağış, qar...

15.10.2015, 13:01

hava yagisOktyabrın 16-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 12-14 dərəcə, günün birinci yarısı 15-17 dərəcə, axşama doğru 12 dərəcəyədək isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi dağlıq ərazilərdə sulu qar və qara keçəcəyi ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-14, gündüz 14-18 dərəcə, dağlıq rayonlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Oktyabrın 16-17-də Abşeron yarımadasında qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq: Oktyabrın 18i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri sabit keçcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlədə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qar və qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol