ABŞ-ın Nyu-York şəhərində bir barda telefonunu unudan qadın bir neçə həftə sonra Yəməndən “xəbərlər” alıb.
AzPolitika.info-nun məlumatına görə, Federal Təhqiqat Bürosu (FTB) itən telefonun Yəməndəki döyüşçülərdən birinin əlinə düşdüyünü müəyyən edib.
Maura adlı qadın Hamptons qəsəbəsindəki əyləncədən sonra telefonunu itirir, tətbiqetmə vasitəsilə telefonun Harlem məhəlləsində olduğunu öyrənən Maura sonra “iz”i itirir. Amma cəmi bir neçə həftə sonra əvvəlki telefonda qeyd olunmuş “bulud” tətbiqetməsinə “Kalaşnikov” silahlarıyla tanımadığı şəxslərin və silahlı uşaqların şəkillərinin yükləndiyini görür. Dərhal FTB-yə xəbər verən qadın smartfonunun Yəmənə “gedib çıxdığını” öyrənir.


Şərhlər