Menu

Əhali kredit faizlərinə 3,9 mlrd. manat xərcləyib

15.10.2015, 13:52
Əhali kredit faizlərinə 3,9 mlrd. manat xərcləyib

İlin əvvəlindən Azərbaycan əhalisi kreditlər üzrə faizlərin ödənilməsinə 3,9 mlrd. manat xərcləyib

2015-ci ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 5,8% artaraq 30,1 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyd edilən dövrdə gəlirlərin 2,9%-i və ya 3 mlrd. 882,9 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

2015-ci il sentyabr ayının 1-ə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 20,1 mlrd. manat təşkil edib, onun 78,5%-i və ya 15,77 mlrd. manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2014-cü il sentyabr ayının 1-i ilə

müqayisədə 16,1% artıb.

Problemli kreditlərin məbləği ümumi kredit portfelinin 6,6%-ini və ya 1 mlrd. 326,6 mln. manat təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol